“Apple” “Google”ni dəstəklədi

“Apple” korporasiyası monopoliya yaratmaqda ittiham olunan “Google” şirkətinə dəstək nümayiş etdirib. AZERFAX.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Avropa Komissiyası “Android” əməliyyat sistemini üçüncü tərəfin süni intellekt xidmətləri üçün açmağa məcbur etmək məqsədilə “Google”a qarşı antitehisar işi aparır. “Google” bu təklifi tənqid etsə də, “Apple” korporasiyası da əməliyyat sisteminin süni intellekt xidmətləri üçün açılmaması çağırışı ilə çıxış edib.
Tim Kuk tərəfindən idarə olunan şirkət, Avropa Komissiyasının “Google”u Rəqəmsal Bazarlar Aktına əməl etməyə məcbur edən tədbirlər layihəsinə rəy bildirmək təklifinə cavab verib. Apple kəskin etiraz bildirərək faktiki olaraq rəqibinin əməliyyat sisteminin bütövlüyünü müdafiə edib. İT nəhənginin nümayəndələri vurğulayıblar ki, təklif olunan tədbirlər təcili və ciddi narahatlıq doğurur, çünki onların təsdiqlənməsi istifadəçilərin məxfiliyi, təhlükəsizliyi, eləcə də cihazların bütövlüyü və məhsuldarlığı üçün ciddi risklər yaradacaq.
Həmçinin “Apple” Avropa tənzimləyicisinin texniki səriştəsinə və obyektivliyinə şübhə ilə yanaşdığını bildirib



