Dünya

32 saat sonra xilas edilən uşaq pendir yeyərək sağ qalıb

Venesuelada zəlzələdən sağ çıxan 12 yaşlı Fabiana Blanko yaşadıqlarını danışıb.

AZERFAX.AZ xəbər verir ki, iyunun 24-də baş verən güclü zəlzələlər zamanı dağıntılar altında qalan 12 yaşlı Fabiana Blanko 32 saat sonra xilas edilib. BBC-nin məlumatına görə, o, dağıntılar altında qaldığı müddətdə tapdığı bir şüşə ketçup və dilimlənmiş pendirlə həyatda qala bilib. Fabiana bildirib ki, zəlzələ zamanı 10 mərtəbəli binadakı mənzildə olub. Onun sözlərinə görə, əvvəlcə hər tərəf silkələnib, daha sonra divarlar uçmağa başlayıb və həmin an sağ qala bilməyəcəyini düşünüb. Fabiana daha sonra xilasedicilərin adını səslədiyini eşidərək cavab verib və bir neçə saat sonra dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 3342 nəfər ölüb, 16 740 nəfər yaralanıb, minlərlə insan isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button