Dünya

Bayden xəstəliyi ilə bağlı paylaşım etdi

ABŞ-nin keçmiş Prezidenti Cozef Bayden xərçəng xəstəliyi ilə bağlı paylaşım edib.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, şəxsi sosial media hesabında paylaşım edib.
Keçmiş Prezident, həyat yoldaşı Cill Baydenlə birlikdə bu çətin həyat sınağından keçdiklərini qeyd edərək, insanlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib:

“Xərçəng hamımıza təsir edir. Bir çoxlarınız kimi, Cill və mən də öyrəndik ki, biz ən çox sınanmış yerlərdə daha güclüyük. Sevgi və dəstəyinizlə bizi ayaqda saxladığınız üçün təşəkkür edirik”,- o qeyd edib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyulub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button