Dünya
Bir günə 2 minə yaxın hərbçi itirdilər

Rusiyanın Ukraynaya qarşı müharibədə verdiyi ümumi canlı qüvvə itkisi təxminən 1 364 060 nəfər təşkil edir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qərargahın hesabatına əsasən, son 24 saat ərzində Rusiya ordusunun daha 1 560 hərbçisi məhv edilib.
Məlumatda müharibənin başladığı 24 fevral 2022-ci ildən bu günə qədər Rusiyanın hərbi texnika itkilərinin dəqiq statistikası da təqdim olunub.
Bildirilir ki, ötən müddət ərzində Rusiya tərəfi 11 962 ədəd tank, 24 657 ədəd döyüş zirehli maşını, 42 987 ədəd artilleriya sistemi və 1 819 ədəd reaktiv yaylım atəşi sistemi (RYAS) itirib.



