Dünya

Çin ABŞ-yə xəbərdarlıq etdi

ABŞ tarif və ticarət müharibəsi aparmaqda qərarlıdırsa, Çin sonuna qədər cavab verəcək.

AZERFAX.AZ xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi belə bəyanat verib. Nazirliyin sözçüsü Lin Jian bildirib ki, Çin ticarət müharibəsi aparmaqda maraqlı deyil, lakin ABŞ tariflərlə bağlı təhdidlərini davam etdirəcəyi təqdirdə Pekin geri çəkilməyəcək. ABŞ-nin israrının xalqın dəstəyini qazanmayacağını və uğursuzluqla nəticələnəcəyini bildirən Jianın sözlərinə görə, Çin öz xalqının qanuni hüquq və mənafeləri qorumaq üçün səssiz qalmayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən məhsullar üçün gömrük rüsumunu 145 faiz artırdığını açıqlayıb. Çin isə ABŞ-dən idxal edilən məshullara 85 faiz gömrük rüsumu tətbiq edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button