Dünya

​Gürcüstan bayrağı Türkiyəni qarışdırdı

Türkiyədə yerli medianın gündəmini zəbt edən maraqlı hadisə baş verib. İstanbulun Silivri rayonunda müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən mədəniyyət tədbii qalmaqala səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, Silivri bələdiyyəsi tərəfindən təşkil olunan şənlikdə xarici ölkələrin təmsilçiləri də iştirak ediblər.

Gürcüstandan gələn uşaqların səhnəyə öz ölkələrinin bayrağı ilə çıxması etirazla qarşılanıb. Buna səbəb Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvlərinin və tərəfdarlarının Gürcüstan bayrağını xaçlı yurüşlərinin simvolu zənn etməsi olub. Hətta MHP-nin Silivri rayon təskilatının sədri Zafer Yalçın Silivri bələdiyyəsindən prokurorluq orqanlarına şikayət edib.

Bələdiyyə rəsmilərinin cavabı özünü çox gözlətməyib. Səlahiyyətli şəxslər MHP üzvlərini şou yaratmaqda günahlandırıblar. Muxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) nümayəndələri də yerli milliyyətçiləri sərt tənqid edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button