Hindistan Pakistana su axınının qarşısını aldı

AZERFAX.AZ xəbər verir ki, bu, 1960-cı ildə ölkələr arasında su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hindistanın Hind Suları müqaviləsi imzalanandan bəri ilk hadisədir.
Qeyd edək ki, Pakistan Hindistanın Hind çayından su axınını dəyişdirmək cəhdini müharibə səbəbi kimi qiymətləndirəcəyini açıqlamışdı. Bu barədə Cammu və Kəşmirdə törədilən terror aktından sonra Pakistanın baş naziri Şahbaz Şərifin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında alınan qərarda qeyd edilib. Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması zamanı 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Bundan sonra iki ölkə arasında diplomatik gərginlik müşahidə edilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.