Dünya

Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü

İranın Keşm adasındakı yaşayış məntəqəsinə bir neçə sursat düşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.

Bildiirlib ki, mərmilər Keşm adasında yerləşən Masen kəndinə düşüb. Hadisənin mümkün nəticələri barədə məlumatlar da daxil olmaqla, hələlik başqa təfərrüatlar açıqlanmır.

Bundan əvvəl ABŞ hərbçilərinin Hörmüz boğazı rayonunda İran hədəflərinə təkrar hücum etdiyi bildirilirdi. “Axios” agentliyi zərbələrin səbəbinin İranın ticarət gəmisinə etdiyi hücuma cavab olduğunu xəbər vermişdi.

 

Related Articles

Bir cavab yazın

Back to top button