Dünya

İran ABŞ bazasını 70 illik təyyarə ilə vurub

Müharibə zamanı İranın ABŞ ordusuna vurduğu zərərin miqyasına dair yeni məlumatlar ortaya çıxıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, İranın hücumları nəticəsində Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə ictimaiyyətə açıqlanandan daha böyük ziyan dəyib. 7 ölkədə yerləşən 100-dən çox hərbi hədəf zədələnib və ya məhv edilib.

Hesabata əsasən, İran raket və pilotsuz uçuş aparatları ilə ABŞ-a məxsus radar sistemlərini, anqarları, sursat anbarlarını və digər strateji obyektləri hədəfə alıb. Ekspertlər zədələnmiş infrastrukturun bərpasının 5 milyard dollardan çox vəsait tələb edə biləcəyini bildirirlər.

Hesabatda diqqət çəkən məqamlardan biri də İranın Küveytdəki “Camp Buehring” bazasına F-5 qırıcı təyyarəsi ilə hücum etdiyi iddiasıdır. Əgər məlumat təsdiqlənərsə, bu, uzun illərdən sonra ABŞ-ın güclü hava müdafiəsi ilə qorunan hərbi obyektinə düşmən döyüş təyyarəsinin həyata keçirdiyi ilk birbaşa hücum kimi tarixə düşə bilər.

Qeyd olunub ki, 1960-cı illərdə ABŞ tərəfindən hazırlanmış F-5 qırıcıları 1979-cu il İran İslam İnqilabından əvvəl şah rejimi tərəfindən İran ordusu üçün satın alınıb. İranın bu təyyarələri müxtəlif modernizasiya proqramları ilə bu günə qədər istismarda saxladığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button