Dünya
İranda Aşura mərasimində silahlı insident baş verdi

İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında yerləşən, eyniadlı şəhristanın mərkəzi olan Saravan şəhərindəki məscidin yanında atışma olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Saravan şəhərinin əsas məscidinin yaxınlığında kor-təbii atışma baş verib, nəticədə terrorçular təşviş içində hadisə yerini tərk ediblər”, – məlumatda bildirilib.
Qeyd olunub ki, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Hadisənin Aşurada mərasimi keçirilən ərazidə baş verdiyi bildirilir: “Hazırda şəhərdə sakitlik bərqərar olub”.



