Dünya

Nepalda sel nəticəsində ölənlərin sayı 903-ə çatdı

Nepalda Çin sərhədinə yaxın Rasuva bölgəsində baş verən sel nəticəsində ölənlərin sayı 903-ə çatıb.

AZERFAX.AZ xəbər verir ki, təbii fəlakət zamanı itkin düşənlərin sayı isə 4247 nəfərə yüksəlib. Onların 592-nin xarici ölkə vətəndaşları olduğu bildirilir. Xilasetmə əməliyyatları zamanı 10451 nəfərin təhlükəsiz əraziyə çıxarıldığı açıqlanıb. İtkinlər arasında bölgədəki müxtəlif su elektrik stansiyalarında çalışan azı 933 işçinin də olduğu qeyd edilib. Məlumata görə, sel nəticəsində çoxsaylı körpülər dağılıb, yollar yararsız vəziyyətə düşüb və axtarış-xilasetmə işlərinə helikopterlər cəlb olunub.

Mütəxəssislər fəlakətin dağlıq ərazidə buzlaq parçalarının qopması və bunun ardınca baş verən uçqun nəticəsində yarandığını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button