Dünya

Rusiyadan pul göndərmək artıq qeyri-mümkündür

Rusiya ilə Azərbaycan arasında ən populyar maliyyə kanallarından birinin fəaliyyətində ciddi məhdudiyyətlər yaranıb.

AZERFAX.AZ xəbər verir ki, “Zolotaya Korona” xidməti vasitəsilə Rusiyadan Azərbaycan, Qazaxıstan və Gürcüstana pul köçürmələrinin edilməsi tamamilə qeyri-mümkün olub.

Hazırda sistem üzərindən onlayn köçürmələr yalnız Qırğızıstan, Türkiyə və Özbəkistan istiqamətində aktivdir.

Azərbaycanda fəaliyyət göstərən aparıcı banklardan bəzilərindən verilən məlumata görə, onlar “Zolotaya Korona” ödəniş sistemini dəstəkləsələr də, xidmətin işində yaranan qlobal problemlər səbəbindən Azərbaycandan Rusiyaya da pul göndərmək müvəqqəti olaraq dayandırılıb.

Yaranan bu məhdudiyyətin nə vaxt aradan qaldırılacağı barədə hələlik rəsmi açıqlama verilməyib. (Musavat.com)

Related Articles

Bir cavab yazın

Back to top button