Dünya
Tramp: “Dünyanın iki supergücü”

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə ünsiyyət zamanı Birləşmiş Ştatların və Çinin dünyanın iki fövqəldövləti olduğunu bəyan edib. AZERFAX.az “C-Span” telekanalına istinadla xəbər verir ki, amerikalı lider bu iki ölkənin qlobal miqyasda aparıcı güclər olduğunu vurğulayıb.
Bir müddət əvvəl Çin Xarici İşlər Nazirliyi Trampın 13-15 may tarixlərində ölkəyə səfər edəcəyini açıqlayıb. ABŞ rəhbəri bu səfəri dövlət başçısı Si Cinpinin dəvəti ilə həyata keçirəcək və tərəflər bir sıra məsələləri, o cümlədən Tayvana Amerika silahlarının satışı mövzusunu müzakirə etməyi planlaşdırırlar.



