Dünya

Tramp İranı məhv etməklə hədələdi

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, müəyyən mərhələdə Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa etməyə məcbur olacaq və ölkənin mövcudluğuna son qoyula bilər.

AZERFAX.AZ xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Elə bir an gələ bilər ki, biz artıq ağıllı davrana bilməyək və çox uğurla başladığımız işi hərbi yolla sona çatdırmağa məcbur olaq”, – deyə Ağ Evin rəhbəri bildirib.

Daha əvvəl ABŞ Hərbi Hava Qüvvələri Hörmüz boğazı rayonunda İrana zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) qeyd edib ki, zərbələr Tehranın Hörmüz boğazı yaxınlığında “M/T Kiku” tankerini vuraraq atəşkəsi guya pozmasından sonra Amerika liderinin göstərişi ilə endirilib.

Related Articles

Bir cavab yazın

Back to top button