Dünya
Trampdan İranla bağlı açıqlama

Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
“Dohadakı görüş vacib ola da bilər, olmaya da. Görəcəyik. Amma biz hərbi baxımdan qalib gəlirik. Bəlkə də, artıq qalib gəlmişik”, – Amerika lideri qeyd edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, söhbət İranın nüvəsizləşdirilməsindən gedir.
“Biz onların nüvə silahına sahib olmasını istəmirik və onlar da buna sahib olmayacaqlar. Onlar buna razılaşdılar, buna görə də narahat olmayın”.



