Türk əleyhdarı ELAM partiyası seçkidə 8 yer qazandı

Dünən Cənubi Kiprdə keçirilən parlament seçkilərində ənənəvi sağ və sol partiyalar səs itirərkən, türk düşmənçiliyi ilə tanınan irqçi ELAM partiyası 3-cü yerə yüksəlib.
AZERFAX.az “Hürriyet”ə istinadən xəbər verir ki, ELAM 56 yerlik parlamentdə 8 yer qazanıb.
Bununla da, ELAM əvvəlki seçki ilə müqayisədə səslərini 4 faiz artıraraq 10 faiz səviyyəsinə çatdırıb.
569 min 192 qeydiyyatdan keçmiş seçicinin olduğu seçkilərdə 17 siyasi partiya mübarizə aparıb. Sağçıların ən böyük partiyası olan Demokratik Səfərbərlik Partiyası (DISI) səslərin 27 faizini toplayaraq 17 yer qazanıb. İkinci yerdə isə Kommunist AKEL qərarlaşıb və 24 faiz səslə 15 yer əldə edib.
Qeyd olunub ki, Cənubi Kiprin prezidentlik sisteminə görə hökumət dəyişikliyi olmayacaq, lakin rum lider Nikos Xristodulides 6 partiyası olan yeni, parçalanmış parlamentdə qanunların qəbul edilməsində çətinlik çəkəcək.



