Dünya
Türkiyədə təyyarəni ildırım vurdu – VİDEO

Türkiyədə Sabiha Gökçən–Bodrum reysini həyata keçirən “Peqasus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi əlverişsiz hava şəraiti səbəbilə məcburi olaraq Dalaman Hava Limanına yönləndirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hava şəraitinin sabitləşməsindən sonra təyyarə Bodrum reysini tamamlamaq üçün yenidən havaya qalxıb. Lakin bu dəfə də təyyarəni ildırım vurub. Təhlükəsizlik qaydalarına uyğun olaraq təyyarə eniş edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.