Dünya

UEFA “Qarabağ”ı cəzalandırdı – 9000 avro


Azəbaycan çempionu “Qarabağ” UEFA tərəfindən cəzalandırılıb.


AZERFAX.AZ Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının əsas mərhələsinin son turunda Yunanıstanda “Olimpiakos”a qarşı görüşdə qaydaları pozmaqda günahlandırılır.

Belə ki, qitənin ən ali futbol qurumu “Qarabağ”ı mövcud qaydalara zidd hərəkətlərə görə 9000 avro cərimələyib.

Xəbəri Yunanıstan mətbuatı yayıb.

Məlumatda bildirilir ki, “Qarabağ”la yanaşı “Olimpiakos” da eyni məbləğdə cərimə ödəməlidir. Buna stadiondakı sektorlardan birinin dəhlizinin bağlanması səbəb olub.

Xatırladaq ki, bu il yanvarın 30-da keçirilən matçda Qurban Qurbanovun yetirmələri 0:3 hesabı ilə uduzublar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button