Dünya

Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər

Venesuelada baş verən zəlzələdən 6,76 milyon insan zərər çəkə bilər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının ilkin hesablamalarında bildirilir.

Qeyd olunur ki, bunlar əhali məlumatlarının təhlili və dağıntıların miqyasına əsaslanan ilkin hesablamalardır. Mətndə deyilir ki, təkcə paytaxt Karakasda zəlzələlər 2 milyona qədər insana təsir göstərib.

Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada 1400-dən çox insan ölüb, 3200-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button