Dünya

Zelenski NATO müttəfiqlərinə çağırış etdi

Ukrayna Prezidenti Volodimir Zelenski NATO müttəfiqlərinə çağırış edib.

AZERFAX.AZ xəbər verir ki, Türkiyədə keçirilən NATO Zirvəsində çıxış edən Zelenski ölkəsinə təcili hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib.

Zelenski qeyd edib ki, son günlər Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 50-dən çox dinc sakin həlak olub. O, Avropa ölkələrini əllərində olan “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyə çağırıb.

“Qalan hər şeyi özümüz edə bilərik. Amma hava hücumundan müdafiə sistemləri məsələsində müttəfiqlərimizin qətiyyətinə ehtiyacımız var”, – deyə o bildirib.

Qeyd edək ki, Zelenskinin iyulun 8-də ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button