Ölkə

Lavrov geyindiyi “СССР” yazılı köynəkdən danışdı


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskada sammitdən əvvəl üzərində “СССР” yazılı köynək geyinməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

AZERFAX.AZ xəbər verir ki, “NBC”yə açıqlamasında Lavrov bunun Sovet İttifaqını bərpa etmək niyyəti ilə bağlı olmadığını qeyd edib:


“Biz SSRİ-də doğulmuşuq. Prezident Putin dəfələrlə deyib ki, Sovet İttifaqının süqutuna təəssüflənməyən insanın ürəyi yoxdur. Amma onun bərpa olunmasını istəyənlərin də ağlı yoxdur. İnsan öz köklərini tanımalı və keçmişi, gənclik illəri, dostlarını, xatirələrini qorumalıdır”.

Lavrov əlavə edib ki, Rusiya bütün keçmiş sovet respublikalarını müasir, müstəqil dövlətlər kimi qəbul edir.

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Görüşdən öncə Lavrovun Ankoricdə üzərində “СССР” yazılı köynəklə görüntülənməsi mediada diqqət çəkmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button