Bu, Azərbaycan xalqına qarşı hörmətsizlikdir

“Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, AFFA tədbir görəcək”.
AZERFAX.AZ xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.
O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya – Azərbaycan oyununa münasibət bildirib:
“Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin izahını gözləyirik. Santuş komandanı oyuna hazırlaya bilməyib”, – deyə Fərəcullayev vurğulayıb.
Qeyd edək ki, İslandiya yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.