Region

Qusarda sakininin həyətində 28 kiloqram marixuana aşkarlandı.

Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb.

AZERFAX.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirildiyinə görə onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, A.Kərimxanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button