İdman
Ardanın epizodu ilə bağlı qalmaqal

İspaniya La Liqasında “Atletiko Madrid”in “Real Madrid”i 5:2 hesabı ilə məğlub etdiyi oyunla bağlı müzakirələr davam edir.
AZERFAX.AZ xəbər verir ki, Arda Gülerin cərimə meydançasında rəqibə zərbə endirməsi “Real Madrid”in qapısına penalti təyin edilməsinə səbəb olub. “Atletiko Madrid” penaltidən fərqlənib. Keçmiş hakim penalti epizodunu dəyərləndirib. Matheu Lahoz, “Məncə, bu, penalti olmamalı idi. Təhlükəli oyun cərimə meydançası daxilində olduğu üçün qayda pozuntusu kimi şərh etmək istəyirsinizsə, cərimə olur, penalti olmur” – deyə bildirib. “Marca” qəzetinin hakim analitiki Perez Burrull, “Bu, diqqətsiz hərəkət və təmas səbəbilə verilən penaltidir. O, ayağını qaldırıb Nikonu vurur, lakin bu, qırmızı vərəqə deyil” – deyə bildirib.

Qeyd edək ki, Arda Güler oyunda 1 qol, 1 ötürmə ilə yadda qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.