Ölkə

Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir


Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.

AZERFAX.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.


Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, Cənubi Afrika, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Niderland, Oman, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur və Şri-Lankadan ümumilikdə 44 nəfər iştirak edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button