Ölkə

Britaniyada maraqlı hadisə, miqrantı səhvən azad etdilər


Böyük Britaniyada miqrant Haduş Kebatu səhvən azadlığa buraxılıb.

AZERFAX.AZ xəbər verir ki, lakin o, bazar günü səhər saatlarında Londonun Finsbury Park ərazisində polis tərəfindən tutulub. Onun tutulmasına ictimaiyyət üzvünün məlumatı kömək edib.


Qeyd edək ki, Haduş Kebatu yeniyetmə qıza cinsi zorakılıq etdiyi üçün həbs olunmuşdu. O, Britaniyaya kiçik qayıqla daxil olub. Lakin cümə günü Çelmsford həbsxanasından azad edilərkən deportasiya üçün saxlanma mərkəzinə göndərilməli olduğu halda səhvən sərbəst buraxılıb.

Baş nazir Kir Starmer bu səhvin necə baş verdiyini araşdırmaq üçün təhqiqat başladıldığını deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button