Region

ADAU-da Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı Kitabxanasında 17 Noyabr – Milli Dirçəliş Günü ilə əlaqədar olaraq tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb. O bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Öz haqqı, azadlığı uğrunda mübarizəyə qalxan, torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində fəaliyyətindən söz açan İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov ölkə başçısı cənab İlham Əliyevin bu kursu inamla davam etdirərək Azərbaycana böyük Zəfər sevincini yaşatdığını qeyd edib. Eyni zamanda xalqımızın qəhrəmanlıq tarixindən, milli müstəqilliyimizə gedən yolda üzləşdiyi çətinliklərdən, bu yolda verdiyi qurbanlardan və şanlı Qələbəyə gedən şərəfli yoldan danışıb.

Daha sonra Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov, kafedra müdiri Zakir Hüseynov, kitabxana direktoru Kamil Məmişov, İctimai fənlər kafedrasının müəllimi Günay Quliyeva məruzələrində ermənilərin daim Azərbaycana olan ərazi iddialarından, keçmiş ittifaq rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı apardığı antiazərbaycan siyasətindən, XX əsrin sonlarında xalqımızın milli azadlıq hərəkatında göstərdiyi qeyrət və şücaətdən tədbir iştirakçılarına ətraflı söz açıblar.

Sonda tələbələr Dirçəliş Günü ilə bağlı şeirlər səsləndiriblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button