Ölkə
Rusiyadan Qara dənizdə gəmilərə hücumla bağlı açıqlama

Kremldən Qara dənizdə tankerlərə hücum barədə açıqlama verilib.
AZERFAX.AZ xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Qara dənizdə iki Rusiya tankerinə hücumunun Türkiyənin suverenliyinə hücum olduğunu vurğulayıb. Peskov, “Bu, xüsusilə Türkiyənin ərazi sularında ticarət gəmilərinə və tankerlərə hücumdur. Bu hadisə xüsusilə ağırdır, çünki Türkiyə respublikasının suverenliyini pozur”, – deyə bildirib.
Qeyd edək ki, ötən həftə Qara dənizdə Rusiyaya üzən gəmidə partlayış baş vermis, heyət üzvləri xilas edilmişdi. Daha bir gəmiyə isə pilotsuz qayıqla müdaxilə edilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



