Ölkə

Holann rekorda imza atdı


“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb.


AZERFAX.AZ xəbər verir ki, norveçli hücumçu Premyer Liqada 111-ci oyununda 100-cü qolunu vurub. Erlinq Holann bu nəticəni XIX turda “Fulhem”lə səfər matçında əldə edib.

Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçusu Alan Şirerə məxsus idi. O, turnirdə ilk 100 qolunu 124 oyunda vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button