Ölkə

Balidəki “rəzalət” gecəsinin təfərrüatı bilindi


Bir neçə gün əvvəl İndoneziyanın Bali adasında polis tərəfindən saxlanılan ingilis pornoulduz Bonnie Bluenin həbsinin təfərrüatı məlum olub.

AZERFAX.AZ xəbər verir ki, Blue yerli polisin Balidəki studiyaların birində keçirdiyi əməliyyat zamanı həbs olunub. Blue ilə birlikdə 17 kişi polis şöbəsinə aparılıb.


Xarici KİV saxlanılanların İndoneziya vətəndaşı olmadıqlarını yazıb. Onların əksəriyyətinin Avstraliya və Böyük Britaniya vərəndaşları olduğu bildirilir. 14 Avstraliya vətəndaşı hadisədən dərhal sonra ölkəsinə deportasiya edilib.

Bonnie Bluenin pasportu əlindən alınıb. Onunla bağlı istintaq hərəkətləri davam etdirilir. İngilis pornoulduzun taleyinə yaxın günlərdə keçiriləcək məhkəmə prosesində aydınlıq gətirəcək.

İndoneziya mətbuatı baş vermiş hadisəni rəzalət adlandıraraq ingilis modelin qanun qarşısında ən sərt şəkildə cəzalandırılmasının vacibliyini yazıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button