Region

“Bir şəklin tarixçəsi – Ulu Öndərlə görüş”

“Bu şəkil 2001-ci ildə çəkilib. Həmin gün yaddaşım heç zaman silinməyəcək. Həmişə dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevlə görüşdüyüm günü həyatımın ən xoşbəxt günlərindən biri kimi xatırlayıram. Təsəvvür edirsiniz 10-cu sinif şagirdi olan bir yeniyetmə ən böyük arzularından birinə çatmışdı. Mən Ümummilli liderlə canlı olaraq ünsüyyət qurdum, o dahi insanın əllərini sıxmaq mənə qismət oldu. Bu görüş həyatımda çox böyük və önəmli iz buraxdı. Mənim onda 16 yaşım var idi. Çox böyük xoşbəxtlik idi. Mənə həyatımın ilk şəxsi sənədimi, şəxsiyyət vəsiqəmi Ümummilli Lider özü şəxsən təqdim etmişdi. Sanki bununla da Ulu öndər mənə gələcəyimə böyük bir təkan verdi. Bu gələcək həyat rolumda daha da məsuliyyətli olmağa, bu etimadı doğrulmaq üçün daim çalışmağa sövq etdi”. Bu fikirləri AZERFAX.az-ın yerli bürosuna müsahibəsində 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin həyata ilk şəxsiyyət vəsiqəsini təqdim etdiyi həkim-cərrah İlkin İsmayılov söyləyib.

Hazırda Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru işləyən İlkin Yusif oğlu İsmayılov 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. Bakıda 99 saylı orta məktəbdə təhsili əla qiymətlərlə başa vuran İsmayılov 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alıb. Universitetin Onkologiya Kafedrasında internatura keçən İlkin həkim 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi Cərrahiyyə sahəsində təhsilini davam etdirib. Həmin Universitetdə Uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra isə baş direktor vəzifəsində çalışıb. 2017-ci ildə Tibb üzrə fəlsəfə doktoru adını alıb. Hazırda Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəliklər kafedrasının doktorantıdır.

İlkin İsmayılov dahi şəxsiyyət Heydər Əliyevin onun həkim olmasında çox önəmli rol oynadığını bildirir. Onun sözlərinə görə 2001-ci ildə ilk şəxsiyyət vəsiqəsini təqdim edən zaman İlkin İsmayılov Respublika üzrə kimya fənni olimpiadasının qalibləri siyahısında olub və Ümummilli Lider Heydər Əliyevlə görüşmək xoşbəxtliyi buna görə ona qismət olub:

“Mən kimyanı çox sevirdim. Hələ uşaqlıqdan da arzum həkim olmaq idi. Mən fənn olimpiadasının qalibi olanda bizə bildirdilər ki, yüksək yerləi qazananları Ulu Öndər Heydər Əliyev qəbul edəcək və o zamanlar bir ilk olan yeni şəxsiyyət vəsiqələrini təqdim edəcək. Hamı kimi Mən də çox sevinirdim. O zaman dahi şəxsiyyət məndən hansı peşəni seçəcəyimlə maraqlandı. Həkim olmaq istədiyimi dedim. Heydər Əliyev Mənə tədrisdə məsuliyyətli olmağı, həkim peşəsinə böyük hörmətlə yanaşmağımı tövsiyyə etdi. Bu görüş  həyatımın dönüş nöqtəsi oldu. Heç zaman o dəyərli anları unutmaram” deyə İlkin İsmayılov əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button