İqtisadiyyat
Bu avtomobillər ucuzlaşa bilər?

Azərbaycanda hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur. Bu halda həmin avtomobillərin qiyməti ucuzlaşacaq?
AZERFAX.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında bildirib ki, artıq ölkəmizdə elektrik mühərrikli avtobusların, yəni elektrobusların istehsalı prosesinə başlanılıb və bu tip nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin istehsalı da mümkündür:“Ancaq hər hansı məhsulun müəyyən ölkədə istehsal olunması həmin məhsulun, bu halda avtomobilin qiymətinin mütləq ucuz olacağı anlamına gəlmir. Sadəcə olaraq, daha əlverişli və daha səmərəli qiymətlərlə bu avtomobillər vətəndaşlara təklif oluna bilər”.
E.Cəfərovun sözlərinə görə, bu növ avtomobillər ölkəmizdə istehsal ediləcəyi təqdirdə müəyyən rüsumlardan azadolmalar da mümkün olacaq ki, bu da həmin nəqliyyat vasitələrini vətəndaşlar üçün daha əlçatan edə bilər AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



