Ölkə
Sabah işıq kəsiləcək – Bu ərazilərdə

Sabah Culfa şəhərində elektrik enerjisinin verilişində üç saatlıq fasilə olacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 №-li (Neftibaza–FHN) və 7 №-li (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də saat 10:00-dan 13:00-dək Culfa şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



