Ölkə

Bu qurumlar birləşdirildi – Fərman


Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan bir sıra qurumlar birləşdirilib.

AZERFAX.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.


Fərmana əsasən, nazirliyin tabeliyində olan “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Qurumların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə muxtar respublikanın Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə həvalə edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button