HadisəRegion

Şəmkirdə bitişik iki ev yandı.

Şəmkirdə bir birinə bitişik iki evdə yanğın olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə yanğın rayonun Günəşli kəndində baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir və Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kənd sakinləri, Asif Hüseynovun fərdi yaşayış evinin 110 m² hissəsi, 75 m² olan dam örtüyü və 80 m² olan tövlə yanıb. Həmin evə bitişik, Vidadi Hüseynova məxsus, yardımçı tikilinin dam örtüyünün 25 m² hissəsi yanıb. Yanğın söndürülüb və hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının baş vermə səbələri araşdırılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button