AZERFAX TV

Dəniz məhsullarında koredici virus AŞKARLANDI

Çinli bioloqlar krevet və balıqlarda insana yoluxa bilən və nadir göz xəstəliyinə səbəb olan yeni POH-VAU virusu aşkar ediblər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə alimlər “Nature Microbiology” jurnalı üçün hazırladıqları məqalədə yazırlar.

Alimlər iddia edirlər ki, yoluxma çiy dəniz məhsullarının istehlakı zamanı mümkündür. Yoluxmuş xəstələrin 70%-dən çoxunda persistent göz hipertenziyası diaqnozu qoyulub. Bu xəstəlik gözlərdə güclü iltihaba və yüksək göz daxili təzyiqə səbəb olur ki, bu da bəzi hallarda görmə qabiliyyətinin tamamilə itirilməsi ilə nəticələnir.

Mütəxəssislər əvvəllər bu cür virusların yalnız dəniz canlıları üçün təhlükəli olduğunu və insan toxumalarına təsir edə bilməyəcəyini düşünürdülər. Lakin yeni kəşf bu tip bir sıra virusların insanlar üçün təhlükəsizliyi barədə əvvəlki təsəvvürləri şübhə altına qoyur.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button