AZERFAX TV

Arda Gülər ingilislərin hədəfində

“Real”ın yarımmüdafiəçisi Arda Gülərin İngiltərəyə mümkün transferi ilə bağlı iddialar davam edir.

AZERFAX.AZ xəbər verir ki, 21 yaşlı futbolçuya yenidən “Arsenal”ın maraq göstərdiyi bildirilir. Jurnalist Sebastyen Vidalın məlumatına görə, “topçular” gənc türk ulduzu transfer etmək üçün konkret addımlara başlayıblar və artıq futbolçunun ətrafı ilə əlaqə qurulub.

“Liverpul” da vəziyyəti yaxından izləyir. Bununla belə, Arda Gülər hələlik “Real”dan ayrılmağı düşünmür. Potensial transferin dəyəri 80 milyon avrodan çox qiymətləndirilir.

Cari mövsümdə türkiyəli yarımmüdafiəçi “kral klubu”nun heyətində bütün turnirlərdə 50 oyuna çıxaraq 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button