AQTA bir qəpiklik yumurta ilə bağlı açıqlama yaydı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi marketlərdə bir qəpiyə satılan yumurta ilə bağlı iddialara aydınlıq gətirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb və məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.
Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla “1003 – Çağrı Mərkəzi”nə müraciət edə bilərlər”.
Qeyd edək ki, sosial şəbəkələrdə mağazalarda bir qəpiyə satışa çıxarılan yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı iddialar yayılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



