AZERFAX TV
Həmzət Makqreqorla döyüşün əleyhinə deyil: Yaxşı pul var

UFC çempionu Həmzət Çimayev boksa keçmək ideyası ilə bağlı açıqlama verib.
Çimayev mayın 10-da Nyu-Cersidə keçiriləcək UFC 328 turnirində çempionluq kəmərini Şon Striklendə qarşı döyüşdə müdafiə edəcək.
AZERFAX.AZ xəbər verir ki, “MMA Junkie” Çimayevdən sitat gətirib:
“Mən boksa getməyəcəyəm, həmişə UFC döyüşçüsü olacağam. Baxmayaraq ki, mənə “Zuffa Boxing”də döyüşmək və Konor Makqreqorla qarşılaşmaq təklifi versələr … Bu, gülməli olardı. Niyə də yox?
Konor yaxşı döyüşçüdür. UFC-nin ən yaxşılarından biridir. Onunla qarşılaşmaqda maraqlı olardım. Üstəlik, bu, yaxşı puldur.
Konorun Aldonu məğlub etdiyi yadımdadır, onun nə qədər qonorar aldığını da xatırlayıram. Məhz o zaman MMA-da uğur qazanmaq ideyasına aludə oldum”.



