AZERFAX TV
“Real” Mourinyonun təyinatını nə vaxt açıqlayacaq?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo yaxın zamanda “Real”a rəhbərlik edəcək.
AZERFAX.AZ xəbər verir ki, COPE-nin məlumatına görə, Madrid klubu İspaniya çempionatının son turu başa çatdıqdan sonra Mourinyonun təyinatını rəsmən açıqlayacaq.
“Benfika” komandası mayın 17-də Portuqaliya çempionatında son oyununu keçirəcək və bundan sonra klub Mourinyonun gedişinə icazə verməyə hazırdır. Mənbənin bildirdiyinə görə, “Real” məşqçinin keçidi üçün 6 milyon avro ödəyəcək.
63 yaşlı Joze Mourinyo 2010–2013-cü illərdə də Madrid təmsilşisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda bir dəfə İspaniya çempionu olub, həmçinin bir dəfə İspaniya Kubokunu və bir dəfə İspaniya Superkubokunu qazanıb.



