AZERFAX TV

Aİ sosial şəbəkələrə yaş məhdudiyyəti gətirə bilər

Avropa İttifaqı (Aİ) bu yaydan etibarən 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edə bilər.

AZERFAX.AZ “Politico”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlama yayıb.

Onun sözlərinə görə, azyaşlıların internetdə qorunması ilə bağlı yaradılan xüsusi ekspert qrupu iyul ayına qədər təkliflərini təqdim edəcək. Bundan sonra Avropa Komissiyası rəsmi hüquqi təşəbbüslə çıxış edə bilər.

Ursula fon der Leyen qeyd edib ki, sosial şəbəkələr üçün minimum yaş həddi ilə bağlı müzakirələr artıq görməzlikdən gəlinə bilməz. Onun sözlərinə görə, əsas məsələ uşaqların platformalara çıxışı deyil, platformaların azyaşlı istifadəçilərə çıxışının necə tənzimlənməsidir.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button