AZERFAX TV
İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi

Dünyaca məşhur supermodel İrina Şeyk Milanda ictimaiyyət qarşısına çıxıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “WMagazine” nəşri məlumat yayıb.
Model gecə üçün qara rəngli krujevalı, şəffaf materialdan olan libas seçib. O, obrazını hündürdaban laklı ayaqqabılar və corablarla tamamlayıb.
İrina Şeykin saçı səliqəli şəkildə yığılıb, makiyajında isə qırmızı dodaq boyasından istifadə olunub.
Xatırladaq ki, İrina Şeyk 2017-ci ilin martında ana olub. İki il sonra model aktyor Bredli Kuperdən ayrılsa da, tərəflər qızları Leyanın birgə himayəsi ilə bağlı razılığa gəliblər. Onlar vaxtaşırı birlikdə ictimai tədbirlərdə də görünürlər.
Hüseyn İbadlı



