AZERFAX TV
Lukaşenkonun ən böyük xəyalı gerçəkləşdi

Belarus Prezidenti Aleksandr Lukaşenko respublika Silahlı Qüvvələrinin raket briqadalarından birinə səfəri zamanı “İsgəndər-M” operativ-taktiki kompleksini “arzusundakı texnika” adlandırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.
“Vaxtilə mən bu texnika haqqında xəyal edirdim. Bu gün isə birdən çox texnikamız var. Bunun yaxşı silah olduğunu məndən də yaxşı bilirsiniz”, – dövlət başçısı bildirib:
Lukaşenkonun səfəri Belarus və Rusiya ordularının birgə təlimləri fonunda baş tutub. Təlimlər çərçivəsində hər iki ölkənin qoşunları mümkün müharibə şəraitində nüvə silahının tətbiqini məşq edir.
Hüseyn İbadlı



