Dünya

Görün 3 ayda neçə nəfər gedib

2026-cı ilin yanvar-mart aylarında təxminən 42.400 Ermənistan vətəndaşı işləmək üçün Rusiyaya daxil olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS statistik məlumatlara istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ötən ilin ilk üç ayında bu rəqəm təxminən 45,5 min nəfər olub.

2026-cı ilin yanvar-mart ayları arasında Rusiyaya ümumilikdə 112.741 Ermənistan vətəndaşı daxil olub. Bir il əvvəl bu rəqəm 125.143 nəfər olub.

Statistikaya görə, təxminən 50.700 Ermənistan vətəndaşı Rusiya Federasiyasına şəxsi səfərlə gəlib, 3200 nəfər təhsil, 1568 nəfər turizm və 1308 nəfər işgüzar səfərlər üçün gəldiyini bildirib. Daha 12.289 nəfər xidməti personal kimi daxil olub, 1311 Ermənistan vətəndaşı isə Rusiya ərazisindən tranzit keçib.

Ermənistan vətəndaşlarının əksəriyyəti Rusiyaya hava yolu ilə gəlib – 69.761 nəfər. 39.857 nəfər avtomobil yolu ilə daxil olub, 3.054 nəfər sərhədi piyada keçib, 68 nəfər isə qatarla gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button