İdman
“Siti” “Real”ın prezidenti olmaq istəyən şəxsi məhkəmə ilə hədələdi

“Mançester Siti” seçkilərdə qalib gələcəyi təqdirdə Erlinq Haalandla müqavilə imzalayacağını deyən “Real Madrid”in prezidentliyə namizədi Enrike Rikelmeyə qarşı məhkəmə iddiası qaldıracağı ilə hədələyib.
AZERFAX.AZ xəbər verir ki, Rikelme, norveçlinin adının yazıldığı Madrid klubunun yeni ev formasını yayımda nümayiş etdirib.
“İspaniyada Erlinq Halandın gələcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bunun baş vermə ehtimalı yoxdur və onun müqaviləsində buna icazə verən heç bir bənd yoxdur. Bu kontekstdə oyunçumuzun imicindən istifadə ilə bağlı hüquqi tədbirlər görməyi düşünürük”, – deyə ” The Athletic” “Mançester Siti”nin açıqlamasını sitat gətirib.



