Paytaxt yollarında tıxac yarandı – Siyahı

Bakının bir sıra yollarında tıxac yaranıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.



