Region

Daşkəsənə iri ölçüdə dolu yağıb

Daşkəsən rayonunda qeyri sabit hava şəraiti nəticəsində iri dolu düşüb.

AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Xoşbulaq kəndinə yağan dolunun diametri təxminən 5-7 mm olub. Sakinlər bildiriblər ki, iri ölçülü dolu təxminən 15 dəqiqə davam edib. Təbiət hadisəsi zamanı ciddi problem qeydə alınmasa da, bu, son bir ildə əraziyə yağan ən böyük doludur. Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button