Region

Ağstafada 10 nəfər bu restoranda dönərdən ZƏHƏRLƏNİB – TƏFƏRRÜAT

Xəbər verildiyi kimi Ağstafada üçü uşaq olmaqla 10 nəfər qidadan zəhərlənib. Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

AZERFAX.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosu hadisənin təfərrüatını öyrənib.

M.T.Məmmədov adına Ağstafa rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Ağstafada dönərdən zəhərlənən 10 nəfərə ilkin tibbi yardım göstərilib və müalicələrini ambulator davam etdirmək üçün evlərinə buraxılıblar.

Araşdırmamıza görə qida zəhərlənməsi şəhərin mərkəzində, xəstəxananın yaxınlığında yerləşən “Dönər kabab” ailəvi restoranda baş verib.

Şahidlərin sözlərinə görə 17: 05-dən 21:00- a kimi müxtəlif vaxtlarda restorana gələn və yemək yeyən müştərilər özlərini piss hiss etdiklərindən xəstəxanaya müraciət etməli olublar. Müştərilərin əksəriyyəti dönər yediklərini, bəziləri isə başqa yemək yediklərini bildiriblər. 

Zəhərlənmə baş verən restoranla əlaqə yaratmaq mümkün olmayıb. 

Faktla bağlı Ağstafa rayon prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin reginal bölməsinin əməkdaşarı araşdırmalar aparıb. Həmçinin zəhərlənmə baş verən restoranda müxtəlif qida məhsullarından nümunələr götürüblər. 

10 nəfərin hansı qidadan zəhərləndikləri isə onların apardıqları araşdırmalar nəticəsində müəyyən olunacaq.

Məlumat üçün bildirək ki, martın 13-də Ağstafa rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimova restoranlardan birində qidadan zəhərləniblər. (Bizim. Media)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button