AZERFAX TV

Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi

Polşada Ukrayna ilə bağlı siyasi qalmaqal yaranıb.

AZERFAX.AZ xəbər verir ki, Krakov şəhərinin meri vəzifəsinə namizəd olan Marianna Şrayber adlı şəxs sosial media hesabında süni intellektlə hazırlanmış video paylaşıb. O, videoda Ukrayna və Avropa İttifaqının(Aİ) bayraqlarını təhqir edib. Şrayber videoda Aİ bayrağını hətta zibil qutusuna atıb.

Sosial şəbəkələrdə qısa zamanda geniş yayılan bu videoda siyasətçi Polşadakı inzibati binanın üzərindəki Ukrayna bayrağını çıxarır və atır.

Krakov meri vəzifəsinə namizəd qələbə qazanacağı təqdirdə binalarda yalnız Polşa bayraqlarının asılacağına və məktəblərə xristian simvollarının yenidən gətiriləcəyinə söz verib.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button