İqtisadiyyat
Azərbaycanda kompüter istehsalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 692 ədəd noutbuk, 287 ədəd stolüstü kompüter istehsal edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 51,5 % və 83,1 % azdır.
Mayda Azərbaycanda noutbuk istehsal edilməyib. Hesabat ayında 113 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 10 dəfə çoxdur.
2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



